En | Ru | Az


XƏBƏRLƏR

22 yanvar 2007-ıi il

Azərbaycan xalqı, 1990-cı ilin dəhşətli yanvar günlərində, Vətənimizin müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini həmişə əziz saxlayır. O zaman, yanvarın 19-dan 20-nə keçən gecə, Azərbaycanın paytaxtında və digər şəhərlərində öz qəddarlığına görə tarixin yaddaşına orta əsrlərin qanlı faciələri kimi həkk olunmuş hadisələrlə müqayisə oluna bilinən bəşər övladına nifrət ruhunda köklənmiş dəhşətlər baş vermişdi.

5 iyul 2006-cı il

“Altes Construction” şirkəti Qərb investorlarını cəlb edir. “Altes Construction” şirkəti və onun bütün layihələri haqqında məlumat “Emporis Buildings” daşınmaz əmlakın dünya reyestrində (istinad: “Altes Construction projects”). “Altes Construction” şirkətinin layihələri investisiya nöqteyi-nəzərindən regionda ən cəlbedici layihələr kimi təqdim edilmişdi. “Emporis Buildings” isə ən böyük və ən hörmətli beynəlxalq konsaltinq şirkətlərindən biridir. Bəllidir ki, bu şirkət, dünya daşınmaz əmlak bazarı və bütün dünya üzrə ən cəlbedici tikinti layihələri barədə məlumatları təqdim edir. “Emporis Buildings” şirkətinin araşdırmalarının nəticələri milyonlarla insan tərəfindən müxtəlif nəşrlərdə, televiziya proqramlarında və web-ehtiyatlarda istifadə olunur.

10 iyun 2006-cı il

İyun ayının 6-dan 9-na kimi “Altes Construction” şirkəti Bakıda keçirilən növbəti “Caspian Oil and Gaz” beynəlxalq sərgisinin işində fəal iştirak etdi. Şirkətin fəaliyyəti sərgidə geniş şəkildə təqdim olunmuşdu. Burada eyni zamanda, şirkətin qısa zaman ərzində çatdığı nəticələr, onun yeni layihələrinin maketləri və strateji inkişafı planları nümayiş etdirilmişdi.

9 iyun 2006-cı il

“Altes Group” şirkətinin nümayəndələri müxtəlif idman növləri üzrə keçirilən yarışlarda fəal şəkildə iştirak edir və öz şirkətlərini layiqli şəkildə təmsil edirlər. Buna sübut olaraq, “Altes Group” şirkətinin komandasının hər il keçirilən “OIL & GAZ Bowling Championship 2006” yarışlarında iştirak etməsini göstərmək olar. Belə ki, həmin yarışlarda yerli və xarici şirkətlərin 42 iştirakçı komandası arasında gedən gərgin mübarizə şəraitində “Altes”i layiqli tərzdə təmsil edən komanda, fəxri ikinci yeri tutaraq çempionatın kuboku ilə təltif edilmişdi.

30 may 2006-cı il

Yaxın gələcəkdə Bakı şəhərinin mərkəzində “Construction Company” şirkəti müştərilərə xidmət üçün daha bir ofisini açacaqdır. İndi şirkətimizin müştəriləri daha peşəkar və operativ konsultasiyalar ala bilər, binaların layihələrinin maketləri ilə tanış ola bilər və “Altes Construction” şirkətindən elitar daşınmaz əmlak satın alınması barədə bütün zəruri məlumatları ala bilərlər.

16 aprel 2006-cı il

“Altes Construction” şirkəti özünün Yaxın Şərqin tikinti bazarlarına ekspansiya proqramının həyata keçirilməsi planlarına riayət etməkdə davam edir. Strateji partnyorluq çərçivəsində şirkət Rusiya Federasiyasının cənubunda həyata keçirilən layihələr üzərində işləməkdə davam edir. Eyni zamanda, “Altes Construction” Qazaxıstanın iqtisadi paytaxtındakı unikal memarlıq layihəsinin tikintisi üzrə işlərə başlayır.
















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100
Яндекс.Метрика